Bakıda ilanla fala baxan məşhur ekstrasens həbs edildi - DƏLƏDUZLUQ

Bakıda özünü ekstrasens kimi təqdim edərək dələduzluq edən qadın saxlanılıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub. Qeyd edək ki, saxlanılan qadın ilanlarla fala baxmaq adı ilə tanınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv