Yevlaxda dəhşətli qəza: 2 ölü, 2 yaralı
Yevlax rayonunda baş verən ağır yol qəzası zamanı 3 yaşlı uşaq dünyasını dəyişib, 3 nəfər ağır xəsarət alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb.
Zinharov Şaiq Türen oğlunun idarə etdiyi 90 DO 361 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi 90-DA-851 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını ilə toqquşub.
Qəza zamanı “VAZ-2106” markalı avtomobildəki sərnişin, 2012-ci il təvəllüdlü Hüseyn Teymur oğlu Yusifzadə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişinlər - 2002-ci il təvəllüdlü Yusifzadə Sabir Teymur oğlu, 1950-ci il təvəllüdlü Rəhman Yaqub oğlu Əliyev və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətində olan “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü, 1950-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəhman Əliyev sonradan dünyasını dəyişib. Xəstəxanada müalicə olunan Bakı sakini, 65 yaşlı Fəridə Zeynalova və Gəncə sakini 13 yaşlı Sabir Yusifzadənin vəziyyəti isə hazırda ağır olaraq qalır. Fəridə Zeynalova hazırda koma vəziyyətindədir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.