Samuxda mağaza və internet-klub yarıldı

Samuxda bir gecədə iki mağazadan oğurluq edilib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

 

Naməlum şəxs və ya şəxslər Tamilla Quliyevaya məxsus ərzaq mağazasının qapısını qıraraq içəri daxil olublar və oradan 300 manat qəpik pul, 1500 manat dəyərində paltar, spirtli içki və siqaretlər aparıblar.

 

Tamilla Quliyeva oğurluqdan səhər açılanda xəbər tutub: "Gəldim gördüm ki, qapının altını dağıdıblar, şüşəni qırıblar. Giriblər siqaret, cürbəcür araqlar, içkiləri, soyuducudan pivələri aparıblar. Xeyli sayda kişi və qadın paltarların oğurlayıblar. Təkcə iki siqaret qalıb".

 

Oğrular yaxınlıqda olan Sabit Ələsgərova məxsus internet klubu da yarıblar. Pəncərə şüşəsini sındıran naməlum şəxslər içəri daxil olaraq, oradan dəyəri min manat olan 5 ədəd kompüter dəsti aparıblar.

 

Tamilla Quliyevanın dediyinə görə, iki il əvvəl də mağazasından oğurluq edilərək ona 3800 manat məbləğində ziyan vurulub. Oğurluq edənlər saxlanılsa da, onun dəyən zərər ödənilməyib.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli