İqor Popov: “Dağlıq Qarabağ məsələsində həmsədrlər arasında fikir ayrılığı yoxdur”
“Hәmsәdrlәrin yekdil fikri ondan ibarətdir ki, qaçqınlar doğma torpaqlarına qayıtmalıdır”. APA TV-nin məlumatına görə, bunu ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri ilə "Dağlıq Qarabağın Azәrbaycanlı İcması" İctimai Birliyində keçirilən görüşdәn sonra jurnalistlərə açıqlamasında rusiyalı həmsədr İqor Popov deyib.
Bu mәsәlәlәrin prezidentlәrlә keçirilən görüşlәrdә müzakirә olunduğu deyən diplomat qeyd edib ki, danışıqlarda müzakirə predmetlərindən biri azәrbaycanlıların tәhlükәsizliyinin tәmin olunmasıdır.
“Bu gün sәfәrimiz yekunlaşır. Sonda bir çox suallara cavab tapacaq bәyanatımız olacaq. Prezidentlәrin görüşünü müzakirә etdik. Prezidentlәrin görüş keçirmәk niyyәti var. Ümid edirәm ki, bu görüş ilin sonunadək baş tutacaq. ABŞ vә Fransadan olan hәmkarlarımla beynəlxalq mәsәlәlərlə bağlı fikir ayrılığımız var. Amma Dağlıq Qarabağ mәsәlәsindә fikrimiz birdir”, - deyə o vurğulayıb.
Popov həmsədrlərin Dağlıq Qarabağda hәbsdә olan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun mәsәlәsi ilə məşğul olduqlarını desə də, mәsәlәnin çox çətin olduğunu bildirib.