İki uşaq anası olan cibgir: "Yalnız qadınların cibinə girirəm"

Tovuzda cibgirlik edən qadın saxlanılıb.


APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Gəncə şəhər sakini, 1948-ci il təvəllüdlü Güleydə Manafova tutulub.

 

O, Tovuz şəhərində Zərnigar Museyibova və Nüşabə İsmayılovadan 170 manat nağd pul, mobil telefonun və açarlarını cibgirlik yolu ilə ələ keçirib. Polis əməkdaşlarının səyi nəticəsində iki uşaq anası olan cibgir saxlanılıb. Güleydə Manafova yalnız qadınların cibinə girdiyini deyib.

 

Məlumata görə G.Manafova Rusiya Federasiyasında da oğurluq və cibgirlik etdiyinə görə bir neçə dəfə məsuliyyətə cəlb edilib.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli