Kürdəmirdə oğurluq edən yevlaxlı qadınlar yaxalandı
Kürdəmir rayonunun Atakişili kənd sakini Nəcib Mənsimov polis şöbəsinə müraciət edərək, oktyabrın 16-da yaşadığı evdən 2110 manat nəğd pul oğurlandığı barədə məlumat verib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən Yevlax şəhər sakinləri Pərvanə Mərdanova və Sona Mahmudova saxlanılıb.
İlkin araşdırma zamanı onların oğurluq əməlləri sübuta yetirilib. Araşdırma zamanı o da məlum olub ki, onlar həmin kənd sakini Rasim Kərimovun da evindən 100 manat pul və 1 cüt qızıl sırğa da oğurlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.