Balakəndə göbələkdən kütləvi zəhərlənmə
Balakən rayonunda bir ailənin 3 üzvü və onların həyətində işləyən usta göbələkdən zəhərlənib.
APA TV-nin məlumatına görə, oktyabrın 27-də axşam saat 22:00 radələrində rayonun Qabaqçöl qəsəbəsi, Xalatala kənd sakinləri - Şaban Ömər oğlu Qurçayev, onun həyat yoldaşı Cəvahir Abbas qızı Qurçayeva, qardaşı Şahin Qurçayev və onların yaşadığı evin həyətyanı sahəsində işləyən usta Yusub Ramazan oğlu Yusubov zəhərlənmə əlamətləri ilə xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, zəhərlənən şəxslər Şaban Qurçayevin yaşadığı evdə göbələk yeyiblər. Bir qədər sonra onlarda zəhərlənmə əlamətləri özünü büruzə verib. Şaban Qurçayev, Cəvahir Qurçayeva və Yusub Yusubova xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra onların vəziyyətləri nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.
Yalnız Şahin Qurçayevin vəziyyəti yüngül olduğuna görə Balakən MRX-da saxlanılıb və hazırda o həkim nəzarəti altındadır.