Salyanda mikroavtobus yük maşını ilə toqquşdu

Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

 

Yevlax rayon sakini, 56 yaşlı Şahin Cəlil oğlu Nağıyevin idarə etdiyi "Mercedes" markalı yük maşını Salyan rayon sakini, 57 yaşlı Həmid Gülbala oğlu Həmidovun idarə etdiyi mikroavtobusla toqquşub. Nəticədə yük maşını 15 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücülər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı