Dollar bahalaşdı

Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1.0496 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan digər valyutanın - avronun dəyəri isə 1.1467 manat olaraq açıqlanıb.

 

1000 Rusiya rublunun rəsmi dəyəri isə bu gün 16 manat 40 qəpikdir.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini həftə içi hər gün açıqlayır.

 

Müəllif | Apa.Tv
Apa.tv