Atatürkün qatıldığı Cümhuriyyət bayramının görüntüləri yayıldı - İLK DƏFƏ
Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün yeni görüntüləri yayılıb.
APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının arxivindən əldə olunan görüntülərdə Atatürk Cümhuriyyətin 10-cu ildönümündə iştirak edir. Ankarada keçirilən bayram şənliyində məktəblilər, hərbçilər və xalq böyük coşqu ilə iştirak edir.
Qeyd edək ki, Cümhuriyyət bayramı Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə cümhuriyyət idarəçiliyini elan etməsinə görə hər ilin bu günü Türkiyədə və Şimali Kiprdə qeyd olunan milli bayramdır.