Vyana danışıqları öncəsi: Suriyada bombardmanlar intensivləşdi
Vyana danışıqları öncəsi Dəməşq ətrafındakı ərazilərə güclü hava zərbələri endirilib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, internet şəbəkəsində Dəməşq ətrafındakı ərazilərin helikopterlər vasitəsilə bombalanmasını əks etdirən videogörüntülər yayılıb.
İddialara görə, hava zərbələri nəticəsində əhali arasında ölən və yaralananlar olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə isə ötən sutka ərzində Rusiya Hərbi Hava Qüvvələri tərəfindən İŞİD-in Homs, Latakiya, İdlib şəhərlərindəki hədəflərinə ümumilikdə 118 dəfə hava hücumu gerçəkləşdirib.
Hazırda bütün diqqət cümə günü Vyanada keçiriləcək Suriya danışıqlarına yönəlib. Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə ilə bərabər Suriya münaqişəsi alovlandıqdan sonra ilk dəfə olaraq danışıqlarda İran da iştirak edəcək. Görüşün əsas məqsədi Dəməşq danışıqlarında iştirak etmək üçün Suriya müxalifətindən nümayəndələrin müəyyən edilməsidir.