Çindən ABŞ-a xəbərdarlıq: Sərt cavab verəcəyik
Çin bütün mümkün vasitələrlə ABŞ hərbi gəmilərinin ölkənin Cənubi Çin dənizindəki ərazi sularında yaşanan aktivliyinə sərt cavab verəcək.
APA TV-nin "abc NEWS" saytına istinadən məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Yanq Yujun jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, sonuncu analoji hadisə zamanı Birləşmiş Ştatların hərbi gəmiləri Çinin su sərhədlərinə 12 mil daxil olaraq, strateji cəhətdən əhəmiyyətli olan nöqtəyə yaxınlaşaraq ölkənin suverenliyini pozub. Analoji addımların təkrarlanacağı təqdirdə, buna mümkün hərbi vasitələrlə cavab veriləcəyi də açıqlanıb.