Əsəd qüvvələri İŞİD-i Türkiyə sərhədinə qovmağa başladı

Hökumət qüvvələri İŞİD-i Türkiyə sərhədlərinə doğru sıxışdırıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Suriya hökümətinin nəzarətində olan ordu hissələri İŞİD mövqelərinə doğru irəliləyib.


Güclü müqavimət göstərməsinə rəğmən, İŞİD-in Türkiyə sərhədlərinə nəzarət etmək planı iflasa uğrayıb. Bununla belə, Suriya ordusu təkcə bir gün ərzində əhəmiyyətli dərəcədə irəliləyərək, bəzi şəhərləri azad etməyə müvəffəq olub. Bu şəhərlərdən biri Həma vilayətindəki Murek şəhəridir. Şəhərin azad edilməsi istiqamətində "Ən-Nüsra Cəbhəsi" qruplaşması ilə gedən gərgin döyüşlər nəticəsində Əsəd qüvvələri bölgəni üsyançılardan təmizləməyə müvəffəq olub.


Bununla belə, üsyançılar şəhəri hər gün davamlı olaraq atəş altında saxlayır. Lakin, Suriya ordusu şəhər üzərində nəzarəti hələlik əlində saxlamaqdadır.


"Bizim əsas məqsədimiz Həmanı tamamilə azad etməkdir", - deyə Əsəd qüvvələrinin yüksək rütbəli zabitlərindən biri bildirib.


O deyib ki, bu istiqamətdə növbəti hədəf Sukeyk və Kəfr-Zeytu yaşayış məntəqələridir. Zabit əlavə edib ki, Türkiyə ilə sərhədlərə nəzarəti bərpa etmək yalnız İdlib şəhərini azad etdikdən sonra mümkün olacaq. Biz bunu mütləq edəcəyik".

Müəllif | Apa.Tv
Apa.tv