"Parlament-2015" Koalisiyası: İmzatoplama və qeydəalma prosesində ciddi qanun pozuntusu baş verməyib

"Parlament-2015" Seçki Monitorinq Koalisiyası 2015-ci il noyabrın 1-nə təyin olunmuş Milli Məclisə seçkilərin monitorinqinə dair aralıq hesabat yayıb.

 

APA TV-nin xəbərinə görə, hesabatda Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı 118 dairədə seçkilərin təşkili, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkilərdə iştirak, müşahidəçilərin qeydiyyatı, seçkiqabağı təşviqat, KİV-ə çıxış imkanları, habelə rəsmi seçki orqanların fəaliyyəti ilə bağlı məsələlər yer alıb.

 

Hesabatda qeyd olunur ki, namizədlərin qeydə alınması prosesi müvafiq qanunvericiliyə və təkmil praktikaya uyğun şəkildə aparılıb, namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntusu baş verməyib.

 

Koalisiya namizədlərin seçicilərlə görüşlərin səmərəli təşkili məqsədilə seçki dairələrinin ərazisində 128 açıq və 128 qapalı yer ayrılmasını müsbət hal hesab edir. Bildirilir ki, namizədlərin bu imkandan bərabər şəkildə istifadə etməsi təmin edilir, bu istiqamətdə heç bir məhdudiyyət və pozuntular qeydə alınmayıb.

 

Müəllif | Apa.Tv