Abşeronda taksi sürücüsünü dəmir parçası ilə döydülər
Abşeron rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, naməlum şəxs Mehdiabad qəsəbəsi ərazisində taksi sürücüsü 34 yaşlı Xəqani Hacıyevə hücum edib.
Dəmir parçası ilə silahlanan naməlum şəxs Xəqani Hacıyevə çoxsaylı zərbələr endirəndən sonra hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.