Bakıda "Shacman" minik avtomobilinin üstünə aşdı - SƏBƏB
Ötən gecə Bakıda ağır tonnajlı yük maşını minik avtomobilinin üstünə aşıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Sürücü 28 yaşlı Elçin Mustafazadənin idarə etdiyi "Shacman" markalı yük maşını asfaltın qəfil çökməsi nəticəsində yol kənarında dayanan "Dodge" markalı minik maşınının üstünə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Yük maşınındakı tikinti materialı bir başqa maşına yüklənib.
Məlumat üçün bildirək ki, yolun bu hissəsində təmir işləri getsə də, hər hansı xəbərdaredici nişan qoyulmayıb.
Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.