Dollar və rubl ucuzlaşır, avro bahalaşır - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, yeni məzənnələrə əsasən ABŞ dolları və rubl ucuzlaşıb, avro isə bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 1.0493 manat olaraq müəyyənləşib. Avronun rəsmi kursu isə 1.1516 manat olaraq açıqlanıb. Mərkəzi Bankın bugünkü kursuna əsasən, 1000 Rusiya rublu 16 manat 30 qəpikdir.
Növbəti rəsmi valyuta məzənnələri noyabrın 2-də açıqlanacaq.