27 yaşlı oğlan damarlarını doğrayıb
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni tikilən binasının həyətindən üzərində xəsarətlər olan kişi meyiti tapılıb. Əraziyə Zaqatala rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gediblər. APA TV-nin məlumatına görə, araşdırmalar zamanı meyiti tapılan şəxsin Zaqatala şəhər sakini, 27 yaşlı Hafiz Şahmalıyev olduğu müəyyənləşib. Meyitə ilkin baxış keçirilərkən onun sağ boyun və sol bilək nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib. Hadisə yerinin müayinəsi zamanı meyitin yanından çoxlu sayda ülgüc də aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı Hafiz Şahmalıyevin gecə saatlarında intihar etməsi məlum olub. Prokurorluğun araşdırmaları zamanı oda məlum olub ki, mərhum son günlər əsəb sarsıntıları keçirirmiş. O, bir neçə gün öncədə canına qəsd etmək istəyib, lakin onun bu cəhdi baş tutmayıb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.