Bakıda heyrətamiz hadisə: qız və oğlan uşaqlarının meyitləri dəyişik düşdü

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Sabirabaddan olan valdeynlərə qız əvəzinə oğlan uşağının meyiti verilib.

 

APA TV-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Əsədli kəndində yaşayan Əfsanə Əliyeva 13 oktyabrda Sabirabad Rayon Perinatal Mərkəzində qız uşağı dünyaya gətirib.

 

Uşaqda oksigen çatışmazlığı problemi olduğundan, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna  göndərilib. Lakin xəstəxanada  körpənin öldüyünü bildirib, meyiti  valideynlərə  təhvil veriblər. Rayona aparılan körpənin dəfn mərasimində onun qız yox, oğlan uşağı olduğu məlum olub. Ailə dəfindən imtina edərək polisə müraciət edib. 

 

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bunu "texniki səhv" adlandırıblar və  meyitin Salyandan olan oğlan uşağının cəsədi ilə səhv düşdüyünü bildiriblər.

 

Meyitlərin dəyişdirilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı