Seçki havası: güclü külək, yağış, qar - PROQNOZ

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə  verilən məlumata görə, havanın temperaturu gecə 8-10, gündüz 11-13, dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 31-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

 

Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimal küləyi güclənəcək, axşama doğru zəifləyəcək. Havanın temperaturu  gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

 

Oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında Xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Müəllif | Apa.Tv
Apa.tv