Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul etdi
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Neftçala şəhərində vətəndaşlarını qəbulunu keçirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Kəmaləddin Heydərov Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şirvan şəhərinin, Neftçala, Salyan və Biləsuvar rayonlarının sakinlərini, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Qəbula gəlmiş şəxslərin müraciətlərinin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Kadr və digər məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşlar isə nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və müvafiq izahat işləri aparılıb.