Gecə klubunda yanğın: 26 ölü, yüzlərlə yaralı

Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda güclü yanğın olub. APA TV-nin məlumatına görə, faciə nəticəsində azı 26 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

 

İlkin məlumata görə, hadisə metal qrupunun çıxışı zamanı baş verib. Şahidlər bildiriblər ki, qrup çıxış edərkən klubun taxta damı alışıb. Binanın çıxışlarından yalnız biri açıq olub. Kütlə həmin qapıya doğru gedib, basabas yaranıb. Yüzlərlə adam xəsarət alıb, bir çoxu isə hadisə yerində ölüb.

 

İlkin ehtimala görə, klubun damı təşkilatçıların istifadə etdiyi fişəngdən alışıb.

 

Yaralıların sayının 180 nəfərə yaxın olduğu bildirilir. Rumıniya Səhiyyə Nazirliyinin nümayəndələri bildiriblər ki, xəstəxanalarda yaralıları qəbul etmək üçün yer çatışmır. Nazirlik əhalini yaralılara qan verməyə çağırıb.

 

Buxarestin bələdiyyə xəstəxanasından verilən məlumata görə, yaralılardan bir çoxunun vəziyyəti ağırdır və ölənlərin sayı arta bilər.

 

Bu gün Buxarestdə Fövqəladə vəziyyətlər üzrə Milli Komitənin iclası keçiriləcək. Nazirlər gecə klubundakı yanğını müzakirə edəcəklər. Bu barədə məlumatı jurnalistlərə daxili işlər naziri Qabriel Oprya verib.

 

Müəllif | Apa.Tv
Apa.tv