Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri Gəncəyə səfər ediblər

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri parlament seçkilərini müşahidə etmək üçün Gəncəyə səfər ediblər.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən qonaqlara seçkilərə hazırlıqla bağlı ətraflı məlumat verilib.

 

Gəncədə 4 seçki dairəsi, 107 seçki məntəqəsi var və hər birində seçkiyə hazırlıq işləri artıq yekunlaşıb. Görüşdə Türkiyə nümayəndələri ilə yanaşı Qazaxıstandan olan nümayəndələr iştirak edib. Onlar seçkilərin şəffaf keçəcəyinə ümidvar olduqlarını bildiriblər.

 

Görüşdən sonra müşahidəçilər seçki dairələrində hazırlıq işləri ilə tanış olublar.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv