Təbliğat kampaniyası dayandırıldı - SÜKUT GÜNÜ

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış  siyasi partiyalar, siyasi partiyaların blokları, onların  səlahiyyətli nümayəndələri  və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün ayrılan müddət bu gün başa çatıb. APA TV-nin məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

 

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb, təşviqat 31 oktyabr saat 8.00-da dayandırılıb.

 

Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilərdə 767 deputatlığa namizəd 125 yer uğrunda mübarizə aparacaq. Qeydə alınan namizədlər 15 siyasi partiyanı, bir seçki blokunu və təşəbbüs qruplarını təmsil edir. Digər namizədlər isə seçkiyə öz təşəbbüsləri ilə qatılıblar.

 

MSK-da seçkiləri izləyəcək 3 minə yaxın, dairə seçki komissiyalarında isə 63 mindən çox müşahidəçi qeydiyyatdan keçib. Qeydə alınan beynəlxalq müşahidəçilərin sayı isə 500-dən çoxdur.

 

Seçki bu həftənin bazar günü - noyabrın 1-də keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv