Quba və Qusara qar yağdı

Quba və Qusar rayonlarına qar yağıb.

 

Quba Regional Hidrometeorologiya idarəsindən APA TV-nin şimal bürosuna verilən məlumata görə, Quba rayonunda ən çox qar Qırız kəndinə düşüb. Burda qarın hündürlüyü 7 sm-ə çatıb. Xınaqlığa 5 sm, Rük kəndinə isə 4 sm qar yağıb.

 

Qusar rayonu ərazisində Ləzə kəndində 3 sm, Susayda isə 1 sm hündürlüyündə qar qeydə alınıb.

  

Müəllif | Apa.Tv
Apa.tv