Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi axşama doğru mülayimləşəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 7, gündüz 7-9 isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında noyabrın 1-də arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı  yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti,  dağlarda  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  2-7 dərəcə isti olacağı gözlənilir.

  

Müəllif | Apa.Tv
Apa.tv