İçki məclisində qətl: Qazax sakini dayısı oğlunu bıçaqlayaraq öldürdü – YENİLƏNİB

Qazax rayon sakini dayısı oğlunu bıçaqlayaraq qətlə yetirib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ərəstun Hacıyev dayısı oğlu 1960-cı il təvəllüdlü İlyas Veysəlovla yeyib içdikdən sonra mübahisə ediblər. Mübahisənin sonunda Ərəstun Hacıyev  özündən 17 yaş böyük dayısı oğlu İlyas Veysəlovu bıçaqlayıb. Ürəyindən bıçaqlanan İlyas Veysəlov çoxlu qan itirdiyinə görə hadisə yerində dünyasını dəyişib. Hər iki şəxsin arasında problemin olmadığı, qətlə yalnız spirtli içkinin səbəb olduğu bildirilir.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli