MN: Snayperlər cəbhə bölgəsindən geri çəkilməyəcək
"Azərbaycan tərəfi cəbhə bölgəsindən snayperləri geri çəkməyəcək".
APA TV-nin xəbərinə görə, bu fikri Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Tərtərdə keçirdiyi mətbuat konfransında səsləndirib. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan nazirlik rəsmisi beynəlxalq təşkilatın fəaliyyətinin qaneedici olmadığını vurğulayıb.
Eldar Sabiroğlunun sözlərinə görə, Milli Ordunun əsgər və zabitləri ən müasir texnika və avadanlaıqların idarə olunması baxımından çox peşəkardır.
Hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması yönündə atılan addımları qeyd edən Eldar Sabiroğlu bildirib ki, bəzi mətbuat orqanlarında yazıldığından fərqli olaraq, orduda baş verən hadisələr haqda ictimaiyyətə dürüst və dolğun məlumat verilir.