Leonid Slutski: “ATƏT DTİHB iflasa uğrayıb”
“ATӘT DTİHB gözdә çöp axtarır. Bu qurum neqativlәrin axtarışındadır. Tәəssüf ki, Rusiyada olduğu kimi beynәlxalq arenada Azәrbaycanla bağlı informasiya siyasәti sahәsindә isterika, faktların deformasiyası müşahidә edilir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda parlament seçkilərini müşahidə edən MDB Parlamentlərarası missiyasının rəhbəri Leonid Slutski deyib.
Onun sözlərinə görə, seçkilәr o qәdər yaxşı tәşkil olunub ki, DTİHB iflasa uğrayıb. “Neqativ olmayacaq. Bu qurumun seçkilәrin müşahidәsindən imtina etməsi onun artıq tükәndiyini göstərir. DTİHB imkan verir ki, onunla marionetka kimi rәftar etsinlәr. Bu, DTİHB-nin mandatına uyğun gәlmir. Bu qәrara görә yalnız təәssüf etmәk qalır. Bu heç bir halda müasir Azәrbaycanın imicinә, çiçәklәnәn iqtisadiyyatına tәsir etmәyәcәk”, - deyə o vurğulayıb.