İŞİD kütləvi qətliam törətdi: 12 uşaq güllələndi

İŞİD İraqın Mosul şəhərində dəhşətli qətliam törədib. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, terrorçular qaçırdıqları və bölgədəki düşərgələrində məcburi təlim keçdikləri 12 yeniyetməni edam ediblər.

 

Onlar düşərgədən qaçmaq istədikləri üçün güllələniblər. Uşaqlar 12-13 yaşlarında olublar. İŞİD-in onlardan terrorçu-kamikadze kimi istifadə etməyi planlaşdırıb. Hazırda terror qruplaşması Mosulda uşaqları sıralarına qoşulmağa məcbur edir. Övladlarını verməyən valideynlərdən İŞİD-in büdcəsinə 15 min dinar tələb olunur.

Müəllif | Apa.Tv
Apa.tv