Türkiyə təyyarələri Suriya ərazisini bombaladı
ABŞ və Türkiyə qırıcıları Suriya ərazisini bombalayıblar.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatlar nəticəsində 50 İŞİD terrorçusu öldürülüb. Aviazərbələr zamanı 30 terrorçunun da yaralandığı bildirilir.
Türkiyə Silahlı Qüvvələrindən qeyd edilib ki, şənbə günündən etibarən Suriyadakı terrorçulara qarşı hərbi əməliyyatlara başlanılıb.
Xatırladaq ki, İŞİD İraq ərazisinin 40, Suriyanın 50 faizinə nəzarəti əlində saxlayır.