Sabah güclü külək və yağış olacaq - HAVA PROQNOZU

Noyabrın 2-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə,  gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-13 dərəcə, Bakıda gecə 7-9, gündüz 10-12 isti olacaq.

 

Azərbaycanın rayonlarında noyabrın 2-də arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 6-10, gündüz 10-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv