Şirvan və Balakəndə seçici aktivliyi müşahidə olunur

46 saylı Şirvan Seçki Dairəsindən 6 nəfər, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən isə 7 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, seçkiləri Şirvanda 556, Hacıqabul-Kürdəmir  Seçki Dairəsində isə 686 yerli müşahidəçi izləyir.

 

Seçkiləri “online” rejimdə izləmək üçün dairələr üzrə 12 və 8 məntəqəyə veb-kamera quraşdırılıb.

 

111 saylı Zaqatala-Balakən Seçki Dairəsində 44 seçki məntəqəsi üzrə (məntəqələrdən 29-u Zaqatalada, 15-i isə Balakəndə yerləşir) 45 979 nəfər  seçici mövcuddur. Onlardan 361 nəfəri ilk dəfə səs verəcək. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 520 yerli müşahidəçi seçki prosesini izləyir. DSK-da MDB müşahidə missiyasının Qazaxıstan Respublikasından olan nümayəndəsi seçkiləri üzləyir.

 

Qeyd edək ki, 109 saylı Balakən DSK-da 7 nəfər, 111 saylı saylı Zaqatala-Balakən DSK-da 6 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. Hər iki dairədə seçici aktivliyi müşahidə olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv