Prezidentliyə namizədlərin ilk debatı keçirildi
Ötən axşam İctimai Televiziyada Azərbaycan prezidentliyinə namizədlərin ilk debatı keçirildi. APA TV xəbər verir ki, debatda prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı sənəd nümayiş etdirdi və onun təqaüdə çıxması məsələsində müəmma olduğunu bildirdi.
Səlahiyyətli nümayəndə qeyd etdi ki, müvafiq qurumlar onun rəsmi sorğusuna cavab veriblər və bəlli olub ki, C.Həsənli xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb.
C.Həsənli isə onun üçün ayrılmış efir vaxtında Ə.Əhmədovun söylədiklərinə münasibət bildirmədi.