İŞİD-dən gözlənilməz hücum: terrorçular Dəməşq-Homs yolunu bağladılar
İŞİD Suriyanın şimalında bir neçə gün əvvəl əldən verdiyi şəhəri geri alıb.
APA TV-nin "Gazeta.ru"ya istinadən məlumatına görə, terrorçular ölkənin şimalında yerləşən Mahin şəhəri uğrunda hökumət qüvvələrini məğlub ediblər. Mahin şəhəri Homs vilayətinin böyük yaşayış məntəqələrindəndir.
Türkiyə sərhədinə yaxın ərazidə yerləşən şəhərdə müharibəyə qədər 11 min insan yaşayıb.
İŞİD-in bu qələbəsi yaxınlıqdakı Sədad şəhəri üçün təhlükə yaradıb. Çünki həmin şəhərin əhalisi xristianlardır.