Misirdə qəzaya uğrayan rus təyyarəsinin görüntüləri yayıldı
Misirdə qəzaya uğrayan təyyarənin qalıqları 30 kvadratmetrlik ərazi boyunca yayılıb.
APA TV-nin məlumatına görə, bunu "Rossiya-24" kanalına müsahibəsində hadisə yerində olmuş Stanislav Natanzon deyib:
"Onlardan ən nəhəngi pilot kabinəsinin hissələridir. Təyyarənin daha bir iri parçası da qəza yerindən 5 kilometr aralı düşmüş arxa hissəsidir. Qanadları da xeyli ziyan görüb. Bununla belə, orada yanğın əlamətləri yoxdur" - deyə, Stanislav Natanzon bildirib.