Türkiyəli deputat: “Azərbaycanda keçirilən seçkilər dünyaya örnəkdir”

Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKPA müşahidə missiyası çərçivəsində seçkiləri müşahidə edən Halil Ürün müxtəlif məntəqələrdə olub. APA TV-nin məlumatına görə, Halil Ürün bildirib ki, seçkilər demokratik şəkildə, stabilik içərisində keçir. O, Azərbaycan və Türkiyədə parlament seçkilərinin eyni günə təsadüf etdiyinə diqqət çəkərək nəticələrin qardaş xalqlar üçün xeyirli olmasını arzulayıb:

 

"Dünyaya örnək olacaq bir seçkidir. Azərbaycanlı seçiciləri belə bir ölkədə yaşadıqları üçün təbrik edirəm. Seçici aktivliyi güclüdür. Hətta soyuq olmasına baxmayaraq, bəzi məntəqələrdə sıra var idi. Səhər bir neçə məntəqədə seçici bir qədər az idi. Soruşduqda dedilər ki, hava soyuqdur, günortaya yaxın gələcəklər. Heç bir qanun pozuntusuna rast gəlmədik. Azərbaycan xalqının təhsil səviyyəsi çox yüksəkdir. Həm seçki komitəsində çalışan şəxslər, həm seçicilər, həm də müşahidəçilər bu prosesi çox yaxşı anlayıblar. Bütün məntəqələrdə də kameralar var. Onlar bütün seçki prosesini qeyd edir və canlı yayımlayır”. 

 

Türkiyəli qonaq daha bir neçə seçki məntəqəsində müşahidə aparacağını deyib. 

Müəllif | Apa.Tv
Apa.tv