Bakıda seçkilər belə başa çatdı

Azərbaycanda V çağırış Milli Məclisə keçirilən seçkilər saat 19:00-a qədər davam edib.

 

APA TV-nin xəbərinə görə, 23 saylı Səbail-Nəsimi Seçki Dairəsinin 21 saylı seçki məntəqəsinin son seçicisi seçki vaxtının başa çatmasına bir neçə dəqiqə qalmış  məntəqəyə daxil olub: "Son anda gəldim. Nəvəm əsgərlikdədir. Onun yanına getmişdim. Gəldim, normal səs verdim. Hər şey qaydasındadır".

 

Artıq seçkilərin başa çatması elan olundu. Bütün məntəqələrdə qapılar bağlandı. Seçki qutuları açıldı. Hazırda bülletenlərin sayılması başlandı.

 

Keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı yekun rəsmi məlumat açıqlanıb. Bildirilib ki, respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub. Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib

 

Müstəqil müşahidəçi Nəbi Əsədov: "Çox normal  keçdi. Heç bir qanun pozuntusu aşkar edilmədi".

 

Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.

Müəllif | Apa.Tv
Apa.tv