Seçkilərin qalibi AKP! CHP, MHP və HDP-dən gözlənilməz nəticələr!

Türkiyədə keçirilən erkən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.

 

APA TV-nin xəbərinə görə, səsvermədə iştirak edən seçicilərin 49,4 faizi Ədalət və İnkişaf Partiyasına (AKP) səs verib. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,37%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,93%, Xalqların Demokratik Partiyası (HDP) isə 10,69% səs toplayıb.

 

Bu nəticələr əsasında AKP 316 millət vəkili mandatı qazanıb. Qeyd edək ki, bu say AKP-yə təkbaşına hökumət formalaşdırmaq imkan verir.

 

Xatırladaq ki, 7 iyunda keçirilən seçkilərdə AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı.

Müəllif | Apa.Tv