Avtomobil ağaca çırpıldı: 1 ölü, 1 yaralı

Şəmkir rayonunda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alaması ilə nəticələn yol qəzası baş verib. Hadisəyə səbəb yenə də yüksək sürət olub. APA TV xəbər verir ki, hadisə Şəmkirin Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Dəllər-Cəyir kənd sakini 23 yaşlı Faiq Hüseynov idarə etdiyi “Mersedes” markalı maşınla prospektlə yüksək sürətlə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil ağaca çırpilib. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini və həmkəndlisi olan Cavid Təhməzov ağır bədən xəsarərtləri ilə Şəmkir rayonun mərkəzi xəstxanasının tramatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Şəmkir rayon polis şobəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli