Bakıda dəhşət: dayanacaq gözətçisi diri-diri yandı
Bakıda yanğın hadisəsi baş verib.
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 4 kv. m olan avtomobil dayanacağında gözətçi köşkünün yanar konstruksiyaları yanıb.
Yanğın zamanı köşkün içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın səhərə yaxın yanğınsöndürənlər tərəfindən söndürülüb.