Baldızına görə arvadını bıçaqladı
Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Samux rayon Polis Şöbəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə kənd sakini, 54 yaşlı Fazil Hüseynov ailə münaqişəsi zəmində həyat yoldaşı, 45 yaşlı Aybəniz Hüseynovanı bıçaqlayıb. Cinayəti törədən Fazil Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı o bildirib ki, baldızı ailələrində daim söz-söhbət yaratdığı üçün onun evinə gəlməsinə qadağa qoyub. Ayın 16-da evə gələn zaman isə arvadının bacısını orada görüb və cinayətə əl atıb.
Qarın nahiyəsindən bıçaq zərbəsi alan Aybəniz Hüseynova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bilıdirirlər.
Samux rayon polis şöbəsinin müstəntiqi Rauf Sadıqovun bildiridiyinə görə hadisəni törədən şəxs üç uşaq atasıdır. Məlumata görə hadisəni törədən zaman Fazil Hüseynov sərxoş olub.
Baldızına görə evdə qan tökən Fazil Hüseynov bir neçə il baldızını görə bilməyəcək. Çünki, onu üç ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.