Avropa Parlamentinin üzvü: “Seçkilərin gedişatı çox şəffaf oldu”

“Seçkilərin gedişatı çox şəffaf oldu. Seçki prosesi demokratik şəraitdə keçirilib. Heç bir qanun pozuntusu müşahidə etmədik".

 

APA TV-nin xəbərinə görə, bu fikirləri  Avropa Parlamentinin Avstriyadan olan üzvü Franz Obermayer deyib.

 

Azərbaycanda seçki prosesini ilk dəfə izləmək imkanı olduğunu deyən Obermayer seçki prosesi boyunca məntəqə seçki komissiyalarının sədrləri, siyasi partiyaların rəhbərləri, müşahidəçilərlə görüşmək imkanlarının olduğunu qeyd edib.

 

Frans Obeymayer həmçinin vurğulayıb ki, seçki prosesində şəffaf mürəkkəbdən istifadə olunması indiyədək müşahidə etdiyi əsas yenilik olub.

Müəllif | Apa.Tv
Apa.tv