Bolqarıstan parlamentinin üzvləri: “Seçki prosesi tam sakit şəkildə keçdi”

Parlament seçkilərinə beynəlxalq müşahidəçi qismində qatılan Bolqarıstan parlamentinin üzvləri seçkinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.

 

APA TV-nin xəbərinə görə, bolqarıstanlı parlamentari Daniela Daritkova Prodanova bildirib ki, onlar 5 nəfərdən ibarət nümayəndə heyəti ilə seçki prosesini izləyiblər: “Biz dünən bir neçə seçki məntəqəsində olduq. Seçki prosesi tam sakit şəkildə keçdi. Seçici fəallığı yüksək idi. Müxtəlif partiyaların namizədlərinin nümayəndələri seçki məntəqələrində idilər. Onlar üçün hər cür şərait yaradılmışdı”.
 

Bolqarıstanlı deputat Həmid Həmid çıxışı zamanı deyib ki, parlament seçkiləri azad və demokratik şəkildə baş tutub: “Bu cür yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan xalqını təbrik edirəm”. 
 
Digər parlamnetari Kanço Filipov qeyd edib ki, Məntəqə Seçki Komissiyalarının üzvləri seçki prosesində peşəkar şəkildə fəaliyyət göstəriblər: “Seçki prosesi sakit keçdi. Hamı öz işini çox yaxşı gördü”. 

Müəllif | Apa.Tv
Apa.tv