"AST Telman"ın 7 ulduzlu hoteli 4 qat ucuzuna satıldı
Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” hoteli satılıb.
APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, hotelin yeni sahibi Türkiyənin "Xalq" bankı olub. 7 ulduzlu “Mardan Palace” 360 milyon 50 min türk lirəsinə satılıb. Hotel 719 milyon lirəyə satışa çıxarılmışdı.
Qeyd edək ki, “Mardan Palace” 2009-cu ildə xidmətə açılıb. Açılışında dünyanın tanınmış simaları - Mariah Karey, Riçard Gir, Şeron Stoun, Monika Beluççi, Tom Jons və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev də iştirak edib. Rusiya vətəndaşı olan Telman İsmayılov hotelin inşasına 1,4 milyard dollar vəsait xərclədiyini açıqlayıb. Hotelin önündəki qumsala Misirdən 9 min ton qızılı qum gətirilmişdi.
Hotelin satışını Türkiyənin "Garanti Bankası" tələb etmişdi. Telman İsmayılovun bu banka 207 milyon lirə borcu var idi. Hotelin satışından sonra dərhal "Garanti Bankası"nın borcu ödəniləcək. "Xalq" bankın da oteldən alacağı olduğu üçün otel rəhbərliyinə əlavə ödəniş edilməyəcək.