Əlillərə avtomobil verildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da iştirak etdiyi tədbirdə əlillərə 40 ədəd avtomobil bağışlandı. Ümumilikdə, bir neçə gündə nazirlik tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında 180 ədəd «NAZ-Lifan» markalı avtomobilin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Nazir Fizuli Ələkbərov bildirdi ki, ilin sonuna qədər 250 nəfər əlilə avtomobilin verilməsi planlaşdırılır.
APA Tv-nin məlumatına görə, nazirliyin aparat rəhbəri Elnur Kələntərov isə dedi ki, 2003-2013-cü illərdə əlillərə 2800-dən çox avtomobil verilib.
Son 15 ildə əlillərə 3 800 ədəd minik avtomobili təqdim olunub.