Beynəlxalq müşahidəçisi Ervin Aksa: “Bu seçkilər demokratiyanın qələbəsidir”
“Biz Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə Azərbaycandayıq və məqsədimiz parlament seçkilərini müşahidə etmək idi. Müşahidəmizin nəticəsi isə o oldu ki, seçkilər tam demokratik və şəffaf oldu”. Bu barədə Azərbaycanda parlament seçkilərini müşahidə edən Asiya, Sakit Okean hövzəsi ölkələrinin demokratları Beynəlxalq Təşkilatının müşahidəçisi Ervin Aksa bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Kamboca, Filippin, İndoneziya və Pakistandan olan nümayəndələr daxildir:
“Seçki məntəqə üzvləri öz işlərinə tamamilə məsuliyyətlə yanaşıblar, mətbuat nümayəndələri informasiyaları azad yaymaq hüququna malik oldu.Seçki məntəqələrində olan üzvlərin çoxu qadınlar idi. Bu da onu göstərir ki, Azərbaycan cəmiyyəti qadınlara böyük əhəmiyyət verir. Bu seçkilər demokratiyanın qələbəsidir”.
Bəyanatda bildirilir ki, seçkinin nəticəsini dəyişə biləcək heç bir qanun pozuntusu qeydə alınmadı: "Seçkilər tamamilə demokratik keçirilib, heç bir məcbur etmə halına, qanun pozuntusuna rast gəlinməyib, beynəlxalq müşahidəçilər heç bir çətinlik çəkmədən seçki prosesini izləmək, mətbuat nümayəndələrinə müsahibə vermək imkanlarına malik oldular".
Bəyanatda o da qeyd olunub ki, bu seçki Asiya ölkələri üçün nümunə olacaq.