Piyada məsuliyyətsizliyi ölümlə nəticələndi
Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb.
Əmir Hacıməmmədov idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olan zaman qəfildən yola piyada çıxıb. O, avtomobili saxlaya bilməyib və piyadanı vurub. Sürücü yaralı piyadanı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Lakin naməlum piyada yolda dünyasını dəyişib.
Sürücü polis tərəfindən saxlanılıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.