Toz dumanı dəhşətli qəzaya səbəb oldu: 17 avtomobil toqquşdu
Toz dumanı ABŞ-ın Kaliforniya ştatında 17 avtomobilin toqquşması ilə nəticələnib.
APA TV-nin xəbərinə görə, hadisə Kern dairəsində qeydə alınıb.
Məlumata görə, qəza kəndlərin olduğu, əkin sahələrinin yenicə şumlandığı ərazidə baş verib. Ərazidə küləyin sürəti saatda 50-70 kilometrə çatıb, nəticədə toz dumanı əmələ gəlib.
Yerli mətbuatın məlumatına görə, zəncirvari qəza nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Toqquşan maşınlar magistralın bütün zolaqlarını bağlayıb, yolda hərəkət bir müddət dayanıb.