Bakıda ağlagəlməz intihar: Rusiyada biznesi olan şəxs boğazını kəsdi
Bakıda dəhşətli intihar hadisəsi baş verib. APA TV-nin "Lent.az" istinadən məlumatına görə, 1972-ci ildə Zəngilan rayonunda anadan olmuş Hümmətov Həsənqulu Aydın oğlu Zabrat qəsəbəsi Oktyabr küçəsindəki evində boğazını kəsərək intihar edib. Çoxlu qan itirən Həsənqulu Hümmətov hadisə yerindəcə keçinib.
Bildirilir ki, intihar edən şəxs xeyli müddət imiş ki, Rusiyada yaşayırmış və qonşu ölkədə bizneslə məşğul olub. O, bir müddət əvvəl Azərbaycana qayıdıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.